Erməni politoloq: “Putin Paşinyanı hədələdi və bu, məni heç də təəccübləndirmir”

2026/04/1775891456.jpg
Oxunub: 462     16:10     14 Aprel 2026    
“Putin Paşinyanı hədələdi və bu, məni heç də təəccübləndirmir. Rusiyanın qonşu ölkələri hər dəfə Avropayönlü siyasət yürütdükdə, onlar əziyyət çəkiblər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, Putinin Paşinyana dediyi sözlərin mənası o idi ki, Ermənistan strateji istiqamətini dəyişərsə, ciddi itkilərlə üzləşəcək.

“Hər halda, mən Putinin sərt sözlərini İrandakı vəziyyətlə əlaqələndirirəm. Başa düşmürəm ki, hökumət tərəfindən təşviq edilən bu gərgin, davamlı anti-Rusiya hisslərini 5 ildir necə görəsən və Putinin sərt sözlərinə təəccüblənəsən. Bu hökumətin ambisiyaları var və onları amansızcasına təqib edir”, - deyə Qriqoryan qeyd edib.

Qriqoryan bildirib ki, Putinin iyun ayında keçirilən seçkilərlə bağlı belə bir açıqlama verməsi çox pis idi.

“Bu, indi müdaxilə kimi qəbul edilir, amma unutmayın ki, bu gün bu barədə danışanlar, Putinin sözlərini kəskin tənqid edənlər bir neçə ay əvvəl ABŞ vitse-prezidenti Cey Di Vensin oxşar açıqlamasından məmnun idilər. O, sadəcə seçkilərdə Paşinyanı dəstəklədiyini açıqladı”, - deyə o vurğulayıb.

Erməni politoloq bildirib ki, Paşinyanın müharibə təhdidi xalqa qarşı şantajdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin