"Agenda Nexus": Avropanın enerji təminatında Azərbaycanın rolu artır

2026/04/1775231367.jpg
Oxunub: 392     19:13     03 Aprel 2026    
İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin "X"dəki hesabında məlumat paylaşılıb.

Məqalədə qlobal enerji bazarlarında qeyri-sabitliyin artmasının və əsas təchizat marşrutlarında risklərin çoxalmasının Avropanı alternativ enerji mənbələri və yeni nəqliyyat yolları axtarmağa vadar etdiyi vurğulanıb. Bu şəraitdə Azərbaycanın həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit qovşağı kimi mühüm rolu diqqətə çatdırılıb.

Yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı xarici siyasət yürüdür. Ölkə İsraillə strateji münasibətlərini gücləndirir, eyni zamanda Avropa və ABŞ ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir. Məqalədə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracından əlavə, elektrik enerjisi, yaşıl enerji və hidrogen sahələrində infrastrukturunu inkişaf etdirdiyi də önə çəkilib.

Qeyd edək ki, aprelin 2-də "Euronews"da da oxşar məqalə dərc edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Azərbaycan  


Bizi "telegram"da izləyin