Ordu.az xəbər verir ki, Pakistan 25 “Harop”un vurulduğunu iddia edib.
Hindistanın raket atması ilə başlayan qarşıdurma mühitində ballistik raket atışları və təyyarələrin vurulması gündəmdədir, Hindistan isə Pakistanın HHM sistemləri və radarlarını vurmaq üçün bölgəyə bir çox Pilotsuz Uçuş Aparatı (PUA) sistemi atıb.
İddiaya görə, Pakistan “Harop”ları həm “soft-kill”, yəni radioelektron mübarizə vasitəsilə, həm də “hard-kill” üsulu ilə, yəni atış edərək zərərsizləşdirib.
“Harop”ların hədəflərini tapıb-tapmadığı məlum deyil.
Gəzərək, radarların yaydığı radioelektron izləri izləyən “Harop” İsraildə yerləşən IAI şirkəti tərəfindən hazırlanıb.
“Gəzən sursat” kateqoriyasına aid olan kamikadze tipli PUA eyni vaxtda həm kəşfiyyat, həm də hücum tapşırıqlarını yerinə yetirə bilir.
Sevinc Əliyeva
Ordu.az