Pakistan Hindistanın S-400 raketini blokladığını iddia edir

2025/05/2025--1747038301.jpg
Oxunub: 169     11:23     12 May 2025    
Pakistan Hindistanın S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemindən atılan 40N6E raketini Çin istehsalı olan HQ-9P uzun mənzilli HHM sistemi ilə vurduğunu iddia edib.

Ordu.az xəbər verir ki, Hindistanın HHM şəbəkəsi Pakistandan ballistik raket və pilotsuz uçuş aparatı hücumlarına qarşı çıxmaq üçün bir sıra raket sistemlərinin işə salınması ilə tam fəaliyyət göstərib.

Açıq mənbə görüntülərinə və sosial mediada yayılan məlumatlara görə, Hindistan qüvvələri Pakistanın cavab təhdidlərini dəf etmək üçün həm yeni, həm də köhnə HHM sistemlərindən istifadə edib.

Bölgədən əldə edilən görüntülərdə 9M96E, “Barak-8” və köhnə S-125 HHM sistemləri olduğu düşünülən müxtəlif bloklayıcı raketlərin qalıqları görünür.

Son dərəcə sıx və mürəkkəb olan hazırkı hava məkanında Pakistan uzun mənzilli HHM sistemi ərazisi üzərində Hindistanın S-400 raketini blokaladığını iddia edib.

Pakistan müdafiə mənbələrindən verilən açıqlamalara görə, raket Hindistana məxsus Rusiya istehsalı S-400 HHM sistemi ilə yerləşdirilən ən uzun mənzilli bloklayıcı raket olan 40N6E tipli raket olub.

Məlumata görə, insident Pakistanın Pəncab əyalətinin Dinqa şəhəri yaxınlığında, Hindistan Hərbi Hava Qüvvələrinin “Adampur” aviabazasının yaxınlığındakı fəaliyyətindən sonra baş verib.

Pakistan mənbələri iddia edib ki, 40N6E raketi gərginləşən münaqişə zamanı təhdidlərə cavab vermək üçün Hindistan tərəfindən buraxılıb, lakin Pakistan hava məkanına daxil olub.

Bu çərçivədə “Defence Blog”un verdiyi xəbərə görə, Pakistanın Çin tərəfindən təmin edilən HQ-9P HHM sistemi və Rusiyanın S-300 seriyası ilə müqayisə oluna bilən platforma ilə Hindistan HHM raketini nişan aldığı bildirilib.

Regional analitiklərin qeyd etdiyi kimi, insident təsdiqlənərsə, bu, HQ-9 HHM sisteminin S-400 batareyası tərəfindən buraxılan raketi bloklaması ilə bağlı ilk məlum hadisə olacaq. Bununla belə, bloklama hadisəsinin müstəqil təsdiqi hələ ortaya çıxmayıb.

Hindistan rəsmiləri S-400 sisteminin son əməliyyatlarda istifadə edildiyini təsdiqləməyib. Lakin ərazidən çıxarılan bloklayıcı raketin qalıqları, hədəfinin nə olduğu və onun kursdan nə üçün Pakistan ərazisinə doğru sapdığı ilə bağlı fərziyyələr davam edir.

Pakistan rəsmiləri deyirlər ki, S-400 HHM sistemindən atılan 40N6E bloklama raketi, çox güman ki, cavab zərbəsi zamanı bir neçə hədəfdən birini vurmaq üçün nəzərdə tutulub, lakin səhv hesablanıb, qaçırılıb və nəticədə Pakistan hava məkanına daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan   S-400  


Bizi "telegram"da izləyin