Ordu.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Aprelin sonunda Papa Fransiskin dəfn mərasimi üçün Romaya qısa səfərdən sonra, bu, prezidentin yanvarın 20-də vəzifəyə başladıqdan sonra ilk rəsmi xaricə səfəridir.
Trampın Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcəyi gözlənilir. Amerika mətbuatının yazdığına görə, prezident ABŞ-nin Yaxın Şərqdəki rolu və məqsədləri ilə bağlı öz baxışını təqdim edəcək.
Turun əsas məqsədlərindən biri iqtisadi sövdələşmələr bağlamaq və Amerika iqtisadiyyatına investisiya cəlb etmək olacaq. Fələstin-İsrail münaqişəsinin həllinin də müzakirə olunacağı gözlənilir. Qətər İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında aparılan danışıqlarda əsas vasitəçidir.
Bundan əlavə, Tramp dünya neft qiymətlərini müzakirə etməyi planlaşdırır: ABŞ-nin iqtisadi artım tempini sürətləndirmək üçün onların azaldılması administrasiyanın əsas vəzifələrindən biridir.
Ordu.az