Tramp Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırıb

2025/03/1741871071.jpg
Oxunub: 590     21:15     11 May 2025    
Ukrayna hakimiyyəti Kremlin İstanbulda danışıqlar təklifi ilə dərhal razılaşmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, tərəflər Türkiyədə keçiriləcək görüşdə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gələ bilərlər.

“Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs istəmir, lakin qan tökülməsinə mümkün son qoymaq üçün danışıqlar aparmaq üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. Ukrayna bununla dərhal razılaşmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin