Tramp Putinin Ukrayna ilə birbaşa danışıqları bərpa etmək təklifini alqışlayıb

2025/03/1741871071.jpg
Oxunub: 627     10:07     11 May 2025    
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna hakimiyyət orqanları ilə birbaşa danışıqları bərpa etmək təklifini alqışlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu, Rusiya və Ukrayna üçün əla gün ola bilər. Bu sonsuz “qırğın” bitdikdə xilas olacaq yüz minlərlə insanın həyatını düşünün", - deyə ABŞ prezidenti bildirib.

Amerika liderinin sözlərinə görə, o, “bunun (danışıqlar prosesi) baş tutacağına əmin olmaq üçün [münaqişənin] hər iki tərəfi ilə işləməyə davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin