Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib

2025/05/1746873140.jpg
Oxunub: 452     14:27     10 May 2025    
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyünü bəyan edib.

Ordu.az-ın “RBK Ukrayna”ya xəbər verir ki, o, bu barədə “Neue Osnabrücker Zeitung”a müsahibəsində bildirib.

XİN başçısı qeyd edib ki, Ukraynanın həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq perspektivi var: "NATO-da biz birlikdə razılaşdıq ki, Ukrayna müdafiə alyansına qoşulmaq yolundadır".

Eyni zamanda, nazir xatırladıb ki, Almaniyanın yeni kansleri Fridrix Merts seçilməzdən əvvəl Ukraynanın NATO-ya yalnız müharibə bitdikdən sonra daxil ola biləcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin