Ordu.az xəbər verir ki, tərəflər PUA-ların aşkarlanması, identifikasiyası və zərərsizləşdirilməsi sahəsində birgə texnologiya inkişafını planlaşdırır.
DSTA rəsmisi Roy Çan bildirib ki, bu əməkdaşlıq pilotsuz sistemlərin getdikcə daha çox yayıldığı müasir təhlükəsizlik mühitinə uyğun qabaqlayıcı tədbirlərin hazırlanmasına töhfə verəcək.
MBDA-nın proqramlar üzrə direktoru Stefan Reb isə qeyd edib ki, bu əməkdaşlıq MBDA-nın innovasiya əsaslı yanaşmalarına uyğun olaraq, Sinqapur Silahlı Qüvvələrinin müasir təhlükələrə qarşı hazırlığını artıracaq.
Sevinc Əliyeva
Ordu.az