Ordu.az xəbər verir ki, bu addım Avropanın öz müdafiəsinə artan diqqətinin bir hissəsi kimi qiymətləndirilir.
Makron Yelisey sarayındakı görüşdən sonra deyib: “Biz tanklar, döyüş təyyarələri və uzun mənzilli raketlərdən başqa, ümumi strateji təhdidlərimizə qarşı operativ həllər hazırlamaq üçün müntəzəm olaraq toplanacaq Fransa-Almaniya müdafiə və təhlükəsizlik şurası yaradacağıq”.
Makron Rusiyanın Avropa sistemi üçün sistematik təhdidini xüsusilə vurğulayıb.
Yeni kansler Merts Fransa ilə Almaniya arasındakı “dərin bağ”ı yüksək qiymətləndirib və Parisə səfərinin prezident Makronla qurduğu şəxsi münasibətlərin əksi olduğunu bildirib.
Mertsin Parisə ilk səfəri onun iki ölkə arasında əməkdaşlığı canlandırmaq istəyinin əlaməti kimi şərh edilib.
Sevinc Əliyeva
Ordu.az