“Nokia” F-35-lərin mühərriklərinin yığılması və texniki xidmət göstərilməsi üçün yeni müasir obyektin təməlini qoyub

2025/03/1742370601.jpg
Oxunub: 461     10:09     10 Aprel 2025    
Finlandiyanın “Nokia” şirkəti F-35 döyüş təyyarələrinin mühərriklərinin yığılması və texniki xidmət göstərilməsi üçün yeni müasir obyektin təməlini qoyub.

Ordu.az xəbər verir ki, obyekt Avropadakı F-35 istifadəçilərinə xidmət göstərəcək və “Pratt & Whitney”in iş yükünü azaldacaq.

Obyektin təməlqoyma mərasimi Finlandiyanın Linnavuori bölgəsində keçirilib.

Bu obyektdə F-35 döyüş təyyarələrində istifadə olunan F-135 mühərriklərinin yığılması və texniki xidməti həyata keçiriləcək. İnşa işlərinin 2025-ci ilin payızında başa çatdırılması planlaşdırılır.

Yeni obyekt Finlandiya müdafiə sənayesinin F-35 proqramı ilə əməkdaşlığının gücləndirilməsində mühüm addım hesab olunur. Obyekt işə düşdükdən sonra Avropadakı F-35 istifadəçiləri üçün mühərrikə texniki qulluq prosesləri sürətləndiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nokia   F-35  


Bizi "telegram"da izləyin