Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub

2025/02/1740287069.jpg
Oxunub: 436     20:11     14 Mart 2025    
ABŞ Prezidenti Donald Tramp martın 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

“Xeyr, Tramp danışmayıb. Putinlə Moskvada Stiv Uitkoff danışıb”, - o, müvafiq suala cavab verib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıqlarını və dəhşətli, qanlı müharibənin nəhayət başa çatacağına dair hər cür şans olduğunu yazmışdı. Amma Amerika lideri Rusiya dövlət başçısı ilə telefon danışığını, yoxsa Putinin Uitkoffla danışdığını nəzərdə tutduğuna aydınlıq gətirməmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Putin   Tramp   Uitkoff  


Bizi "telegram"da izləyin