Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tədbirdə 4 döyüş vasitəsi və 2 daşıyıcı-yükləyici vasitə sərgilənib ki, bu da Tacikistan və Çin arasında artan hərbi əməkdaşlığı vurğulayır.
Məlumatlara görə, HQ-17AE qısa mənzilli “yer-hava” tipli təkmil raket sistemi bu yaxınlarda Tacikistanın HHM imkanlarını modernləşdirmək səyləri çərçivəsində Çindən gətirilib.
Rusiya istehsalı “Tor-M1”in bazası əsasında inkişaf etdirilən bu sistem bütün hava şəraiti üçün nəzərdə tutulub, aşağı və orta hündürlükdə hava təhlükələrinin qarşısını ala bilir.
HQ-17AE raketi texniki göstəricilərinə görə “Tor-M1”ə çox bənzəyir, çəkisi təxminən 165 kq, uzunluğu 2,9 metr və çapı 0,23 metrdir. O, 1,5 km-dən 15 km-ə qədər bloklama mənzilinə və 10 m-dən 10 km-ə qədər yüksəklikdə nişan alma zərfinə malikdir, bu da Rusiya istehsalı olan sələfinin imkanlarını bir qədər üstələyir.
Sistem rəsmi olaraq 2013-cü ildə Çin Xalq Azadlıq Ordusunda istifadəyə verilib və 2015-ci ildə Çin hərbi rəsmiləri tərəfindən ictimaiyyətə təqdim edilib.
Sevinc Əliyeva
Ordu.az