KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub

2025/03/1741496523.jpg
Oxunub: 560     09:01     09 Mart 2025    
Suriyanın Aralıq dənizi sahilindəki Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan bəri baş vermiş toqquşmalarda azı 532 mülki şəxs həlak olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, toqquşmaların başlanğıcından həlak olanların ümumi sayı 745-ə çatıb. Bu rəqəmə 213 döyüşçü daxildir: yeni Suriya hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələrinin 93 nümayəndəsi və keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən yaradılmış silahlı birləşmələrin 120 üzvü.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Toqquşma  


Bizi "telegram"da izləyin