Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.
H.Fidan deyib ki, Türkiyə müharibənin ilk günlərindən sülh naminə atılan addımları dəstəkləyir:
"Bu gün yenə də eyni mövqedəyik. Prezident Ərdoğanın da dediyi kimi, Türkiyə bu istiqamətdə gələcəkdəki görüşlərə ev sahibliyi etmək də daxil olmaqla sülh səylərinə lazımi dəstəyi verməyə hazırdır".
Ordu.az