Finlandiyada çoxmillətli NATO qüvvələri yerləşdiriləcək

2025/02/1740201355.jpg
Oxunub: 344     10:14     22 Fevral 2025    
Finlandiya NATO-nun Laplandiyada mobil quru qoşunlarını yerləşdirməyə qərar verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Finlandiyanın “Yle” qəzeti FLF (Forward Land Forces) qoşunlarının Laplandiyada vəziyyəti yoxlamağa başladığını yazıb.

Ölkənin müdafiə naziri Antti Hakkanen verdiyi açıqlamada qeyd edib: “FLF qoşunları Rovaniemi və Sodankylada (Şimali Finlandiya, Laplandiya) yerləşdiriləcək”.

Hakkanen bu məsələ ilə bağlı ötən həftə inzibati qərar verildiyini və hazırda NATO müttəfiqlərini məlumatlandırdığını bildirib.

Məlumata görə, FLF birliklərinin yerləşdirilməsi əvvəllər Finlandiyada təlim keçmiş digər hərbi birliklərdə olduğu kimi qarnizonlar şəklində təşkil olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   NATO  


Bizi "telegram"da izləyin