Kreml Putin və Tramp arasında gözlənilən görüşün təfərrüatlarını açıqlamır

2025/02/1740132248.jpg
Oxunub: 512     13:52     21 Fevral 2025    
Putin və Trampın görüşü ilə bağlı hələlik heç bir konkret məlumat yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə,Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyadda keçirilən görüşü zamanı qeyd edildiyi kimi bu görüşün zəruriliyi ilə bağlı belə bir anlayış var.

"İki prezidentin istəyi var ki, onlar da bunu dilə gətiriblər. Bu görüşü yaxşı hazırlamaq üçün təlimat var ki, görüş mümkün qədər nəticəli olsun. Hazırlıq zamanı bütün nüanslar müzakirə olunacaq”, - Kremlin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Putin   Tramp  


Bizi "telegram"da izləyin