Trampın yaxın ətrafı Zelenskinin Fransaya getməsini ən yaxşı variant adlandırıb

2025/02/1740124940.jpg
Oxunub: 535     11:58     21 Fevral 2025    
Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal Fransaya getməsi onun üçün ən yaxşı variant olacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Post" ABŞ Prezidenti Donald Trampın ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

“Zelenski və bütün dünya üçün ən yaxşı variant onun dərhal Fransaya getməsi olacaq”, - mənbə bildirib.

Ağ Evdəki başqa bir mənbə isə qeyd edib ki, ABŞ və Ukrayna arasında münasibətlərin pisləşməsində “onun üçün yeni heç nə yoxdur”.

“Roma Papası kimi mən də kilsələri qadağan edənləri dəstəkləmirəm”, - nəşr Ağ Evin daha bir rəsmisinin Zelenskinin kanonik Ukrayna Pravoslav Kilsəsinə qoyduğu qadağanı nəzərdə tutan sözlərini sitat gətirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski   Fransa  


Bizi "telegram"da izləyin