Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib

2024/11/1731648504.jpg
Oxunub: 580     10:00     28 Yanvar 2025    
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.

Ordu.az NBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti görüşün vaxtı ilə bağlı bunun çox tezliklə baş tutacağını bildirib.

İsrail hökuməti hələlik bu məlumatı şərh etməyib. Netanyahu son dəfə 2024-cü ilin iyulunda Prezident Cozef Baydenlə görüşmək üçün ABŞ-yə səfər edib.

Daha əvvəl İsrailin “Walla” portalı mənbələrə istinadən bildirib ki, İsrailin Baş naziri fevralın 3-dən 5-dək Vaşinqtonda səfərdə olacaq.

Yanvarın 29-da Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS ilə sazişin həyata keçirilməsini Netanyahu ilə müzakirə etmək üçün İsrailə gedəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin