ABŞ prezidenti Putinlə görüşmək istəyini bir daha bəyan edib

2025/01/Getty-1737657624.jpg
Oxunub: 380     22:24     23 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini təkrarlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə D.Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

"Çox vacib bir məqam var: mən çox istərdim ki, tezliklə prezident Putinlə görüşmək və Ukraynada müharibəyə son qoymaq imkanım olsun", - deyə o bildirib.

O qeyd edib ki, bu halda o, münaqişəni “iqtisadi səbəblərə görə” yox, “qan tökülməsini dayandırmaq” üçün həll etmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin