KİV: Fransa və Britaniya Ukraynaya hərbçi göndərməyə hazırlaşır

2024/06/1717737555.jpg
Oxunub: 459     16:33     23 Yanvar 2025    
Fransa və Böyük Britaniya atəşkəs olacağı təqdirdə təhlükəsizliyi təmin etmək üçün ilkin olaraq Ukraynaya hərbçi göndərməyi planlaşdırmağa başlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Politico" qəzeti Avropa rəsmisinə istinadən yazır.

"Britaniyalılar və fransızlar artıq bəzi ilkin planlaşdırma işlərinə başlayıblar", - məqalədə qeyd olunur.

Digər mənbələrin məlumatına görə, Avropada hazırda beş və ya altı Avropa ölkəsindən təxminən 50 min hərbçinin daxil olacağı qüvvələrin yaradılması müzakirə olunur. Plana əsasən, bu hərbçilər atəşkəs olacağı təqdirdə Ukrayna Silahlı Qüvvələri ilə Rusiya qüvvələri arasındakı demarkasiya xəttində asayişi qoruyacaqlar.

Daha əvvəl "Financial Times" qəzeti yazırdı ki, Ukrayna rəsmilərinin fikrincə, Kiyevin müttəfiqləri münaqişənin mümkün həlli çərçivəsində sərhəddə təhlükəsizliyi təmin etmək üçün Ukraynaya təxminən 40-50 min hərbçi göndərə bilərlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin