Finlandiya Prezidenti: "Ukrayna Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlamalıdır"

2024/09/93f33-1725252556.jpg
Oxunub: 392     16:18     23 Yanvar 2025    
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın Rusiya ilə sülh danışıqlarına güc mövqeyindən başlaya bilməsi üçün Kiyevə maliyyə, hərbi və siyasi dəstəyin davam etdirilməsinin zəruriliyini bildirib. .

Ordu.az xəbər verir ki, A.Stubb bu bəyanatla Davosda "Ukrayna səhər yeməyi"ndə çıxış edib.

O, həmçinin eyham vurub ki, Ukraynada müharibənin dayandırılması üçün üç-altı ay ərzində danışıqların başlamasını gözləyir:

"Biz bu üç-altı ay ərzində nə edəcəyimizi əvvəlcədən düşünməliyik. Ukrayna istənilən danışıqlara güc mövqeyindən başlamalıdır. Biz Ukraynanın iştirakı olmadan heç bir danışığın olmayacağı fikrini irəli sürməyə davam etməliyik", - Finlandiya Prezidenti vurğulayıb.

Fransa xarici işlər naziri Jan-Noel Barro öz növbəsində Davosda bildirib ki, ABŞ Ukraynaya kömək üçün Rusiyaya əlavə təzyiq göstərməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin