Ordu.az “Barron's”a istinadən xəbər verir ki, suriyalı diplomat bu bəyanatı Davosda Dünya İqtisadi Forumunda Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə söhbəti zamanı verib.
“İqtisadi sanksiyaların ləğvi Suriyanın sabitliyi üçün vacibdir”, – Şeybani bildirib.
Daha əvvəl Suriya Ərəb Respublikasına qarşı beynəlxalq sanksiyaların ləğvinə Türkiyə, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa, İspaniya və Niderland çağırış etmişdi. Sanksiyaların ləğvi barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk də danışmışdı.
Ordu.az