Fransa HHQ 26-cı “Rafale” F4.1 standartı döyüş təyyarəsini təhvil alıb

2025/01/1737349790.jpg
Oxunub: 503     15:38     23 Yanvar 2025    
2025-ci ildə 39 təyyarə təhvil alacaq Fransa Hərbi Hava Qüvvələri (HHQ) 26-cı “Rafale” F4.1 standartı döyüş təyyarəsini təhvil alıb.

Ordu.az xəbər verir ki, Fransa Müdafiə Tədarükü Agentliyi (DGA) rəsmi “X” hesabında etdiyi paylaşımda 2025-ci ilin sonuna qədər tədarük ediləcək 39 təyyarəlik partiyanın bir hissəsi olaraq 26-cı “Rafale” F4.1 standartı döyüş təyyarəsinin Fransa HHQ-yə təhvil verildiyini bildirib.

Açıqlamada, həmçinin 40-cı təyyarənin DGA Uçuş Sınaqları tərəfindən həyata keçirilən inkişaf etdirmə sınaqları üçün sınaq təyyarəsinə çevrilmək məqsədilə 2026-cı ilin əvvəlində təhvil veriləcəyi də açıqlanıb.

2025-ci ilin yanvar ayının əvvəlində illik istehsal yeniləməsini təqdim edən Fransız aviasiya şirkəti “Dassault Aviation” 2023-cü ildəki 13 təyyarə ilə müqayisədə 2024-cü ildə 21 “Rafale” döyüş təyyarəsinin təhvil verildiyini təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   HHQ  


Bizi "telegram"da izləyin