Oğuzda şəhid bulağının açılışı olub - FOTOLAR

2024/10/b8c3f-1730027416.jpg
Oxunub: 1114     14:53     27 Oktyabr 2024    
Oğuzda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

Ordu.az-ın məlumatına görə, şəhid Anar Talıb oğlu Əliyevin adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin yaxınları, şəhid ailələri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid A.Əliyevin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, A.Əliyev 1991-ci ildə Oğuz rayonunda doğulub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan A.Əliyev 2020-ci il Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olub. A.Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şəhid Anar Əliyev ailəli idi, 1 övladı yadigar qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Oğuz   Şəhid   Bulaq  


Bizi "telegram"da izləyin