“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib - FOTOLAR

2024/07/7dfd4-1720114134.jpg
Oxunub: 411     21:03     04 İyul 2024    
Sumqayıt Dövlət Dram Teatrında tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət işçiləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Kitabda 44 günlük müharibə dövründə Hulusi Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda müəllifin müsahibələr və çıxışları əks olunub.

Hulusi Kılıç tədbirdə çıxış edərək gələn qonaqlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, qazanılan zəfər Türk birliyini bir daha nümayiş etdirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Vətən-müharibəsi   Kitab  


Bizi "telegram"da izləyin