Ağcabədidən Türkiyəyə qardaş köməyi - FOTO

2023/02/agcab-1676465047.jpg
Oxunub: 4743     16:22     15 Fevral 2023    
Fevralın 6-da qardaş Türkiyədə baş vermiş və böyük dağıntılara, on minlərlə insan itkisinə səbəb olmuş güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin humanitar yardım çağırışına dəstək olaraq zəlzələ bölgəsinə humanitar yardım kampaniyasına Ağcabədi rayonu da qoşulub.

Ordu.az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional Ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yardım kampaniyasına idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət qoşulub. Zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq əsasən uşaq bezləri, uşaq yeməkləri, çadır, quru qidalar, çaylar, isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar toplanıb.

Təşkilatçıların məlumatına əsasən vətəndaşlar tərəfindən ianə olunan bütün isti geyimlər və lazımi əşyalar GTM Qarabağ ofisində könüllülər, qazilər, idmançılar tərəfindən çeşidlənərək qutulaşdırılıb və iritutumlu maşınlara yüklənərək YAP Ağcabədi Rayon Təşkilatı tərəfindən qardaş ölkəyə yollanmaq üçün Bakıdakı məntəqəyə təhvil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə   Yardım  


Bizi "telegram"da izləyin