İran Prezidentini zəlzələ bölgəsinə getdiyinə peşman etdilər: ona nə deyildi? - VİDEO+FOTOLAR

2023/02/aztv_-1676286268.jpg
Oxunub: 8812     14:42     13 Fevral 2023    
“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın Xoy şəhərində zəlzələdən əziyyət çəkən soydaşlarımıza laqeyd münasibətini sərt tənqid edib.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, cənubi azərbaycanlıların zəlzələdən sonra İranda çətin və dözülməz şəraitdə yaşadığını deyən Rövşən Məmmədov molla rejiminin onlara sahib çıxmadığını bildirib. Qeyd olunub ki, İran onlara nə özü yardım edir, nə də kömək etmək istəyənlərə icazə verir.

Eyni zamanda, bildirilib ki, zəlzələ bölgəsinə səfər edən İran Prezidenti İbrahim Rəisi böyük etirazla qarşılanıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin