Dağıntılar altından sağ çıxan azərbaycanlı tələbələr evə döndülər - VİDEO+FOTOLAR

2023/02/gulsh-1676277557.jpg
Oxunub: 4931     12:24     13 Fevral 2023    
Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətiriliblər.

Ordu.az xəbər verir ki, Kəpəz televizyasının əməldaşları azərbaycanlı tələbələrin evində olub, onlaqrın vəziyyəti ilə maraqlanıb.

Gülşən Cəfərova qeyd edib ki, baş verən hadisəni heç kəs ömrünün sonunacan unuda bilməyəcək.

"Nə yarım qalan ömürləri, nə valideynsiz övladları, nə çəkilən fəryadları. Çarəsizlik ağır dərddir. Allah bir daha yaşatmasın!", - deyə o, əlavə edib.

Jalə Cəfərova bildirib ki, Kahramanmaraş Universitetinin “Sağlıq bilimləri” fakültəsinin 4-cü kurs tələbəsi Gülşən Cəfərova da bacısından heç də az gərginlik yaşamayıb. Hətta zəlzələ baş verəndə bacısı Jalənin öldüyünü güman edib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Zəlzələ  


Bizi "telegram"da izləyin