Nazirlərin Vaşinqton görüşü başa çatıb - FOTOLAR+VİDEO (YENİLƏNİB)

2019/06/D9hJD-3122184140.jpg
Oxunub: 18419     00:15     21 İyun 2019    
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Ordu.az xəbər verir ki, nazirlərin görüşü ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.


Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Vaşinqtonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

Görüşdən sonra XİN rəhbərləri jurnalistlərin suallarını cavablandırıblar.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   ATƏT  


Bizi "telegram"da izləyin