Ordu.az xəbər verir ki, bu gün Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Ufa şəhərində “təhlükəsizlik məsələlərini tənzimləyən yüksək vəzifəli nümayəndələrin illik 10-cu görüşü” çərçivəsində Rusiya Federasiyasının təhlükəsizlik şurasının katibi Nikolay Patruşevlə işgüzar görüş keçirib.
Görüş zamanı Rusiya Federasiyasının təhlükəsizlik şrasının katibi Nikolay Patruşev KTMT, AİƏT, həmçinin ikitərəfli münasibətlərdə Ermənistan və Rusiya strateji münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından başqa alternativ yolun olmadığını qeyd ediblər. Təhlükəsizlik şurası qurumları arasında imzalanan ikitərəfli münasibətlər planının icrası müzakirə edilib. Növbəti ikitərəfli görüşün cari ilin avqust ayında İrəvanda baş tutmasına dair razılaşma əldə edilib.
Alpər Mövludoğlu
Ordu.az