Türkiyənin Baş Ombudsmanı: Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidir

2019/06/osym--1560856969.jpg
Oxunub: 12783     15:00     18 İyun 2019    
“Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bu problemi beynəlxalq qurumlar həll etməlidir, lakin onların belə bir niyyətləri yoxdur”.

Ordu.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqə dostluq üzərində qurulub.

“Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında təkcə ticarət, iqtisadi, mədəni bağlılıq yox, sevgi bağlılığı var. Burada Ombudsmanların verdiyi qərar önəmlidir və bu qərarların 70 faizi icra edilir”, - deyə Türkiyəli Ombudsman bildirib.

O, verdikləri qərarların icrasını yoxladıqlarını və bunu nəzarətdə saxladıqlarını söyləyib.

“Dünyada çox haqsızlıq var, bunun yolu ədalətdən keçər. Bu baxımdan Ombudsmanların toplaşaraq problemləri birgə həll etməsi vacibdir. Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa, onda ədalət daha tez bərpa olunar. Bu haqsızlıqları bərabər aradan qaldırmalıyıq”, - deyə Malkoç əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Şeref-Malkoç   Ombudsman  


Bizi "telegram"da izləyin