Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 15-də, saat 11:45 radələrində, Qarabağın şərq istiqamətində (Əsgəran) yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində erməni hərbi qulluqçular arasında güllələnmə ilə nəticələnən mübahisə baş verib.
Nəticədə, ağır yaralanan 2000-ci il təvəllüdlü Hamlet Ara Qalstyan hərbi hospitala köçürülüb.
Məlumata görə, yaralı erməni əsgər çox ağır vəziyyətdədir və onu güllələyən şəxs Ermənistanın tanınmış iş adamlarından birinin qohumudur.
Alpər Mövludoğlu
Ordu.az