"Münaqişə zonasında vəziyyət Ermənistanın əleyhinə dəyişir" - Xramçixin

2017/12/xramcixin-690x420345345_1513412178.jpg
Oxunub: 2599     12:16     15 İyun 2019    
"Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənlər klassik eskalasiyadır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Moskvanın siyasi və hərbi araşdırmalar mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişə zonasında baş verən hadisələr, tərəflərin itki verməsi, daha ağır silahlanmalar, PUA və hərbi aviasiya vasitələrinin kəşfiyyat uçuşları klassik eskalasiyadır.

"Ermənistan Müdafiə Nazirliyinin kəskin qərarları da həmin məntiqi çərçivələrdə izlənilməlidir. Bir daha təkrar edirəm, bu kimi fəaliyyət eskalasiyadır. Mən Azərbaycan tərəfinin qlobal mənada nə istədiyini başa düşürəm, lakin lokal mənada anlamıram. Onu da gözəl başa düşürəm ki, müharibənin erkən başlaması Ermənistan üçün əlverişlidir. Müharibə nə qədər gecikirsə, Azərbaycan öz resurslarını daha sürətli templə nəzərə alaraq öz silahlanmasını artırır. Zaman Azərbaycanın lehinə işləyir. Vəziyyət Ermənistanın əleyhinə dəyişir. Buna görə də, müharibənin erkən başlaması Ermənistan üçün əlverişlidir. Bundan başqa, əgər Erməni tərəfi təşəbbüskar tərəfdirsə, onda o, təşəbbüskarlığı təmin edəcək. Bu təşəbbüskarlıq hərbi mənada əlverişli olacaq və hərbi fəaliyyətləri əsasən erməni ssenarisi ilə aparacaq", - deyə Xramçixin bildirib.

Rus ekspertin fikrincə, Azərbaycan həmçinin Ermənistan daxilində və İrəvan-Sankt-Peterburq əlaqələrində genişlənən inkişafları da izləyir.

"Naxçıvanda keçirilən hərbi təlimlər heç də təsadüfi deyil. Belə ki, Azərbaycan-Türkiyə tandemi iki problemi həll edir. Bu problemlərdən biri ikitərəfli hərbi əməkdaşlığın dərinləşməsi, digəri isə real ssenarilərə hazırlaşmaq və lazım gələrsə oyuna daxil olmaqdır", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

"Münaqişə zonasında vəziyyət Ermənistanın əleyhinə dəyişir" - Xramçixin

2017/12/xramcixin-690x420345345_1513412178.jpg
Oxunub: 2600     12:16     15 İyun 2019    