Ordu.az xəbər verir ki, qrup 2017-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilmiş terrorçu Nubar Ozanyanın adı ilə “Nubar Ozanyan Taburu” adlandırılıb.

Qrupun yaradılması ilə bağlı yaydıqları bəyanatda ermənilərin adıçəkilən bölgədə ilk dəfə bir dəstə yaratdıqları qeyd edilib. Daha əvvəl Şimali və Şərqi Suriyanın müdafiə qüvvələri arasında yer alan ermənilər artıq sadəcə ermənilərdən ibarət bir qrup yaradıb. Uzun müddətdir üzərində işlər görülən dəstənin hazırlıqlarının demək olar ki tamamlandığı bildirilir.
“Rojava inqilabı”nın onları bir araya gətirdiyini və əsas məqsədlərinin “Rojavanı Türkiyədən qorumaq” olduğunu iddia edən terrorçular arasında Masis Otanyaf kimi isimlər də var.

Uzun bir təlim prosesindən keçirilən qrup üzvlərinin əsas dərsləri arasında ermənicənin olduğu göstərilib.Terrorçular demək olar ki, hər gün periodik olaraq ermənicə öyrənirlər. Təlim gördükləri otaqlarda məşhur terrorçulardan Levon Ekmeçiyandan Hrant Drinkə qədər bir çox erməninin fotolar asılıb. Eyni zamanda terrorçulara qondarma “erməni soyqırımı” barəsində də dərslərin keçildiyi bildirilir.
Terrorçu dəstənin üzvləri arasında qadınlar da var. Komandirlərdən biri olan Tamara Kasapyan da qondarma soyqırımla bağlı iddialar səsləndirib və birləşməklərinin məqsədi kimi guya belə bir qırğının yenidən yaşanmasını əngəlləmək olduğunu göstərib.
Ağalar Ağalarlı
Ordu.az