Ermənistanda korrupsiya ilə bağlı araşdırılan cinayət işlərinin sayı 127.4% artıb – SİYAHI

2019/04/41975-1556092982.jpg
Oxunub: 21997     16:54     24 Aprel 2019    
Ermənistan istintaq komitəsində 2018-ci il ərzində Ermənistan istintaq komitəsinin müxtəlif bölmələrinin icraatında korrupsiya xarakterli cinayətlərin araşdırılması və nəticələrinin statistik məlumatları təqdim edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il ərzində komitənin bölmələri tərəfindən korrupsiya xarakterli cinayət hadisələri ilə bağlı açılan 1233 cinayət işindən (2017-ci il - 542), 2018-ci ildə 1077 cinayət işi (2017-ci il - 403) icraata qəbul edilib. 156 cinayət işi isə 2017-ci ildən qalıb.

Aparılan təhlillərin nəticələrinə görə, korrupsiya xarakterli cinayət hadisələri ilə bağlı cinayət işlərinin sayı 691 olmaqla, 127.4% artıb .

1233 cinayət işinin bölgüsü aşagıdakı kimidir:

• Vəzifə səlahiyyətindən sui-istifadə etmə halı - 37 (2017-ci il - 4);
• Vəzifə səlahiyyətindən sui-istifadə etməklə mənimsəmə, ələ keçirmə halı - 315 (2017-ci il - 86);
• Vəzifə səlahiyyətindən sui-istifadə etmə, aldatma və ya etimadından sui-istifadə etməklə əmlaka zərər vurma halı - 11 (2017-ci il -1);
• Ticarətdə rüşvət alma halı - 14 (2017-ci il -11);
• Peşəkar müsabiqə və təntənəli ticarət müsabiqələrinin iştirakçıları və təşkilatçılarına rüşvət vermə halı - 3 (2017-ci il -2);
• Ticarət və ya digər təşkilat əməkdaşları tərəfindən səlahiyyətindən sui-istifadə etmə halı - 78 (2017-ci il - 88);
• Vəzifə səlahiyyətindən sui-istifadə etmə halı -194 (2017-ci il - 95);
• Vəzifə səlahiyyətini aşma halı - 41 (2017-ci il - 12);
• Rüşvət alma halı - 89 (2017-ci il - 22);
• Rəsmi şəxs hesab edilməyən ictimai qulluqçu tərəfindən qeyri-qanuni mükafat alma - 143 (2017-ci il - 8);
• Real və ya ehtimal edilən təsirini şüurlu şəkildə tətbiqetmə halı - 4 (2017-ci il - 0),
• Rüşvət vermə halı - 39 (2017-ci il - 27);
• Rəsmi şəxs hesab edilməyən ictimai qulluqçu tərəfindən qeyri-qanuni mükafat vermə - 4 (2017-ci il - 0);
• Rüşvət verməyə vasitəçilik etmə halı - 3 (2017-ci il - 1);
• Rəsmi saxtakarlıq etmə halı - 111 (2017-ci il - 67);
• Dövlət və ya yerli icra orqanı əmlakı hesab edilən torpaq sahələrinin özbaşına zəbt edilməsi, həmçinin tikili və binaların özbaşına inşasının qarşısının alınması, qanunla nəzərdə tutulan tədbirlərin həyata keçirilməməsi halı - 11 (2017-ci il - 14);
• Məhkəmə aktının bilərəkdən icra edilməməsi halı - 11 (2017-ci il - 9);
• Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət fəaliyyətsizliyi halı - 125 (2017-ci il - 95);
• İlkin araşdırılması başa çatıb - 448 (2017-ci il - 273);
• Cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilib - 795 şəxs (2017-ci il - 366);
• Qeyd edilən şəxslərdən həbs edilənlərin sayı - 77 (2017-ci il - 23);
• Həbsdən azad edilənlərin sayı - 62 (2017-ci il - 6);
• Təqsirli şəxs qismində cəlb edilənlərin sayı - 658 (2017-ci il - 265);
• İttiham irəli sürülənlərin sayı - 585 (2017-ci il - 262);
• Həbsinə dair məhkəməyə vəsadət verilənlərin sayı - 53 şəxs (2017-ci il - 41);
• Həbsinə dair qərar verilməsinə imtina olunanların sayı - 5, 48 hal üzrə müsbət qərar qəbul edilib. 21 hal üzrə girov müqabilində azadetmə tətbiq edilib;
• Vəzifə səlahiyyətləri dayandırılanların sayı - 31 (2017-ci il - 15);
• Həbsdən azad edilənlərin sayı - 18 (2017-ci il - 13), bunlardan prokuror qərarı ilə 3, məhkəmə qərarı ilə azad edilənlərin sayı 15 təşkil edib;
• Bəraət alması yolu ilə cinayət işlərinə xitam verilənlərin sayı - 55 (2017-ci il - 58);
• Bəraət almamaqla cinayət işlərinə xitam verilənlərin sayı - 217 (2017-ci il - 64);
• Məhkəməyə verilənlərin sayı - 190 şəxs (2017-ci il - 137);
• Cinayət işi üzrə ilkin istintaq ittiham rəyi ilə yekunlaşmış cinayət işlərinin sayı -107 (2017-ci il - 92);
• Xitam verilən cinayət işlərinin sayı - 341 (2017-ci il - 273);
• Cinayət işi üzrə icraata xitam verilənlərin sayı - 21 (2017-ci il - 47);
• Cinayəti törədən şəxsin kimliyinin müəyyən edilməməsi halı - 14 (2017-ci il - 33);
• İttiham edilənlərin istintaqdan gizlənməsi halı - 7 (2017-ci il - 13);
• Tabeçilik üzrə göndərilən cinayət işlərinin sayı - 58 (2017-ci il - 29);
• Bir icraatda birləşdirilən cinayət işlərinin sayı - 242 (2017-ci il - 42);
• 2019-cu ilə keçirilən cinayət işlərinin sayı - 464 (2018-ci il - 151);
• Hazırlanmış materiallar əsasında cinayət işlərinin açılmasından imtina edilməsi halı - 25 (2017-ci il - 20);
• Natamam işlər üzrə cinayət məsuliyyətinə cəlb edilənlərin sayı - 335 (2017-ci il -113);
• 1233 cinayət işi üzrə cinayət məsuliyyətinə 398 rəsmi şəxs (2017-ci il - 191) cəlb edilib.


Cinayət məsuliyyətinə cəlb edilən şəxslərin bu korrupsiya cinayətlərini aşağıda qeyd edilən sahələrdə törətdikləri bildirilir:

• Səhiyyə sahəsində - 13 hal (2017-ci il - 6);
• Təhsil sahəsində - 33 hal (2017-ci il - 37);
• Hüquq-mühafizə sahəsində - 1 hal (2017-ci il - 2);
• Dövlət satınalmaları sahəsində - 2 hal (2017-ci il - 2) Müdafiə Nazirliyinin idarə rəisinin müavini, maddi-texniki təminat departamentinin maliyyə idarəsinin sabiq rəisi;
• Sosial təminat sahəsində - 55 hal (2017-ci il - 5) Müdafiə Nazirliyinin sosial yardımın təşkili və ictimai təşkilatlarla əməkdaşlıq bölmə rəisi;
• Enerji və təbii ehtiyyatlar sahəsində - 2 hal (2017-ci il - 2);
• Yerli idarəetmə orqanları sahəsində - 71 hal (2017-ci il - 20);
• Müdafiə Nazirliyi və Silahl Qüvvələr sahəsində - 114 təqsirləndirilən və 10 şübhəli şəxs cəlb edilib.


Bunların arasında Qeğarkunik hərbi komissarlığının səfərəbərlik bölməsinin zabiti, hərbi hissə komandiri, taqım komandiri, manqa komandiri, bölük komandiri, xidmət rəisi, taborun qərargah rəisi, tabor komandiri, silahlandırma üzrə müavin, əşya xidməti rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissənin qərargah rəisi, avtomobil xidməti rəisi, hərbi hissənin nizami hissə bölməsinin rəisi, çağırış bölməsinin rəisi, hərbi hissənin 1-ci mərkəzinin rəisi, YSM xidməti rəisi, divizion komandiri, tabor komandirinin müavini, anbar rəisi, istehsal sahəsi rəisi, xidmət rəisi, bölmə növbətçisi, HHM qoşunları idarəsinin sabiq rəisi, cari təminat anbarının rəisi, hərbi komissar, həkim, tibb müəssisəsinin şöbə müdiri, çağırış səfərbərlik bölməsinin rəisi, hərbi komissarın müavini, Ermənistan SQ-nin Baş Qərargahının əməliyyat idarəsinin bölmə rəisi, səfərbərlik bölməsinin qrup rəisi, texniki xidmət rəisi, yeməkxana rəisi, kommunal təsərrüfat xidmətinin rəisi, YSM anbar rəisi, əşya anbarı rəisi, rabitə şəbəkəsinin rəisi, məxfi hissə kargüzarı, hərbi hissə zabiti, ərzaq xidməti rəisi, maliyyə şöbəsinin rəisi, texniki nəzarət məntəqəsinin rəisi, tibb məntəqəsinin rəisi, məxfi hissə rəisi olan şəxslər var (2017-ci il - 85).

• Digər sahələrdə - 91 hal baş verdiyi bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya   Ordu  


Bizi "telegram"da izləyin