Müdafiə nazirinin müavini şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb - FOTO

2018/10/ed569-3081123656.jpg
Oxunub: 3560     17:49     26 Oktyabr 2018    
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən bölmələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, döyüş növbətçiliyi aparan bölmələrdə olan nazir müavini Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin hərbi qulluqçular qarşısında qoyduğu vəzifələri bir daha şəxsi heyətə çatdırıb.

Şəxsi heyətlə görüşən general-leytenant K.Vəliyev hərbi qulluqçuların qayğıları və sosial-məişət şəraiti ilə maraqlanıb, onları maraqlandıran sualları cavablandırıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Cəbhə   Kərəm-Vəliyev  


Bizi "telegram"da izləyin