Ermənistan Silahlı Qüvvələri Uzundərədə ağır artilleriyadan atəş açdı

2018/10/33333-1538643730.jpg
Oxunub: 2860     13:01     04 Oktyabr 2018    
Ermənistan Silahlı Qüvvələri növbəti dəfə Azərbaycan ərazilərində hərbi təlimlərə başlayıb.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, düşmən ordusu işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində hərbi təlimlər keçməkdə davam edir.

Bu gün səhər saatlarından etibarən başlayan təlimlərdə atıcı silahlarla yanaşı, ağır artilleriya vasitələrindən də istifadə olunub. Partlayış səsləri cəbhəboyu yaşayış məntəqələrindən də aydın eşidilib.

Sakinlər arasında heç bir təşviş halı yoxdur.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat  


Bizi "telegram"da izləyin