Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Qriqori Trofimçuk bildirib.
Onun sözlərinə görə, Paşinyanın bəyanatları münaqişənin nizamlanmasında yeni və daha mürəkkəb vəziyyət yaradıb.
"Bakı Ermənistan baş nazirinin mövqeyinin qəbuledilməz olduğunu bildirir. Dialoqun davam etdirilməsinin mümkünlüyü isə görüşün əsas mövzusu olub. Lakin sıx görüşlər belə ümumi gərginliyin azaldılmasına yardım etməyə bilər", - deyə Trofimçuk qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az