Qarabağda ölən erməni əsgər haqqında yeni məlumatlar

2018/10/87-1538465812.jpg
Oxunub: 4332     11:22     02 Oktyabr 2018    
İşğal altında olan Qarabağın cənub-şərq istiqamətində ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb.

Ordu.az-ın məlumatına görə, dünən saat 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində, naməlum səbəblərdən yaralanan və daha sonra hospitalda ölən 1997-ci il təvəllüdlü erməni əsgər Qevorq Suren Haroyan Şirak vilayətinin Ani qəsəbəsində yaşayıb.

Məlumata görə, onun atası Suren Haroyan həkimdir, Gümrü tibb mərkəzində işləyir. Erməni əsgərin meyitinin hələ ki gətirilmədiyi bildirilir.

Ölüm səbəbinin araşdırılması davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin