Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində, naməlum səbəblərdən 1997-ci il təvəllüdlü erməni əsgər Qevorq Suren Haroyan ağır yaralanıb.
Yaralı erməni əsgəri hərbi hospitala köçürülüb və saat 15:00 radələrində onda bioloji ölüm halı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az