"Münaqişə çərçivəsindən çıxsa Gürcüstan da itkilərə məruz qalacaq" - Sarkisyan

2018/10/56756-1538397055.jpg
Oxunub: 3510     16:29     01 Oktyabr 2018    
"Bu problemin nəzəri olaraq müxtəlif həlli ola bilər, amma yalnız danışıqlar yolu realdır".

Ordu.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan, Gürcüstanın "Starvision" televiziya kanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, münaqişə Azərbaycan və Ermənistan çərçivəsindən kənara çıxa, hətta Gürcüstan da itkilərə məruz qala bilər.

"Cənubi Qafqazda həddindən çox silah cəmləşib. Qarabağ münaqişəsi asanlıqla Azərbaycan və Ermənistan çərçivəsindən kənara çıxa bilər. Əgər bu baş verərsə hamı, o cümlədən Gürcüstan və digər ölkələr də itkilərə məruz qalacaq", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin