Düşmən Qarabağda tank bölmələrindən atışlar keçirib

2018/10/94047-1538391405.jpg
Oxunub: 1343     14:55     01 Oktyabr 2018    
İşğal altında olan Qarabağ ərazisində Ermənistan ordusunun tank bölmələri təlimlər keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Ağdam rayonun Uzundərə adlanan sahəsində Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun tank bölmələri tanklardan uzaq məsafəyə yerüstü hədəflərə atış çalışmalarını yerinə yetiriblər.

Təlim çalışmaları taqımlar tərkibində icra edilib. Müdafiə olunan atıcı bölmələrə dəstək atışları, şərti düşmənin texnika və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimin sonunda taqım komandirləri onlara verilən tapşırıqların icrasına dair məruzə ilə çıxış ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təlim  


Bizi "telegram"da izləyin