Ermənistan ordusunda “orqan” qalmaqalı yaşanır

2018/09/2017--1538200007.jpg
Oxunub: 4306     09:44     29 Sentyabr 2018    
Ermənistan ordusunda özbaşınalıq və qanunsuzluq səbəbindən baş verən cinayətlər artmaqdadır. Övladlarının ölüm səbəbindən şübhələnən əsgər valideynlərinin şikayətləri düşmən ordusunda daha bir qalmaqala səbəb olub.

Ordu.az xəbər verir ki, Dağlıq Qarabağdan Ermənistana gətirilən əsgər meyitlərinin təkrar tibbi ekspertizadan keçirilməsi və onların nəticələri valideynləri qəzəbləndirib.

Məlumatda deyilir ki, təkrar ekspertiza zamanı ölən əsgərlərin bəzilərinin qaraciyəri, dalağı, böyrəkləri və digər orqanlarının yerində olmadığı aşkar edilib. Məhz bu səbəbdən valideynlər onların qəsdən çıxarıldığını iddia edir və müəmmalı əsgər ölümlərinin qanunsuz orqan ticarəti ilə bağlı olduğundan şübhələnir. Onlar israrla hər bir əsgər meyitinin dəfndən əvvəl təkrar müstəqil ekspertlər tərəfindən ekspertizasını tələb edirlər.

Ermənistan Ordusu rəhbərliyinin ciddi səyləri nəticəsində hadisə ictimailəşməsə də qalmaqal daha da böyüməsin deyə təcili araşdırılmalar başlayıb.

Orqan qalmaqalında ən çox adı hallanan isə Xoren Azaryan adlı hərbi həkimdir.

Araşdırmalar davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin