Britaniyalı ekspert: "Qarabağa dair danışıqlardan nəticə gözləmək sadəlöhvlük olardı"

2018/09/Neil--1538143072.jpg
Oxunub: 2578     18:23     28 Sentyabr 2018    
“Dağlıq Qarabağ zonasında müsbət irəliləyişlərə inam olmadığına dair həm Ermənistan, həm də Azərbaycanda böyük əminlik var. Faktiki olaraq, nazirlərin Nyu-York görüşündən hər hansı bir nəticəni gözləmək sadəlöhvlük olardı".

Ordu.az xəbər verir ki, bu barədə britaniyalı politoloq Neyl Makfarleyn Məmmədyarov-Mnatsakanyan görüşünü və sonrakı proseslərin mümkün inkişafını şərh edərkən bildirib.

O qeyd edib ki, son zamanlar istər sərhəddə, istərsə də verilən bəyanatlarda gərginlik müşahidə olunub. Onun sözlərinə görə, danışıqlar prosesinə tərəflərin ümumi yanaşması yoxdur, istənilən tərəf indiyədək olanlardan faydalanmaq istəyir.

"Yəni heç bir tərəfin mövqeyində dəyişiklik yoxdur. Ancaq hər iki tərəfdə biruzə verən əminlik var. Ermənistan tərəfində bu inqilab yolu ilə baş verən hakimiyyət dəyişikliyi ilə əlaqədar baş nazirin Ermənistan-Azərbaycan arasında tutumu ilə əlaqədardır. Azərbaycana gəldikdə isə bu əminlik, Ermənistanda davam edən dəyişiklik, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi və Ermənistan-Rusiya arasında mövcud problemlərlə bağlıdır.

Vəziyyət istər hərbi, diplomatik, siyasi, xarici təsirlər, danışıqlar prinsipi və elementləri, istərsə də tərəflərin güzəştsiz mövqeyi baxımından hərtərəfli mürəkkəbdir. Ehtimal olunur ki, 3 saat davam edən danışıqlarda tərəflər hər hansı razılığa gəlmədən və növbəti görüş barədə razılaşmadan yenə də öz movqelərini nümayiş etdiriblər. Artıq belə görüşlər hətta sərhəddə nisbi sakitliyi təmin etmir. Ona görə ki, bu danışıqlar prosesində ciddi qərarlar qəbul olunmur. Ancaq həmsədrlərin hər hansı təkliflə çıxış edəcəklərinə dair yenə də ümid var.

Ola bilər ki, bu oktyabr ayında bölgəyə gözlənilən səfər ərəfəsində baş versin. Bu gözləntilər ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubunda xüsusi imkanlardan söhbət etdiyi vaxtdan var. Eyni hal Ermənistanın müstəqilliyi günü ilə bağlı təbrik məktubunda da təsdiqləndi", - deyə ekspert bildirib.

Xatırladaq ki, sentyabrın 26-da Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutub. Görüş əvvəl geniş tərkibdə, sonra isə ikitərəfli şəkildə keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar  


Bizi "telegram"da izləyin