Erməni əsgərin intihar səbəbləri məlum olub - Zorakılıq faktı

2018/09/14504-1538130240.jpg
Oxunub: 1998     14:22     28 Sentyabr 2018    
Sentyabrın 2-də işğal altında olan Qarabağ ərazisində cəbhə xəttinin şimal istiqamətində dislokasiya olunan Ermənistan ordusunun qanunsuz hərbi hissələrindən birində ölən erməni əsgəri Vanik Qevorkyanın işi üzrə əsgər yoldaşı həbs edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın istintaq komitəsi sədrinin məsləhətçisi Sona Sruzyan bildirib.

Sona Sruzyanın məlumatına görə, hadisə ilə əlaqədar 2-ci qarnizon istintaq şöbəsində cinayət işi açılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin hərbi hissənin başqa bir hərbi qulluqçusu qarşılıqlı münasibəti pozaraq, zərərçəkənə qarşı zorakılıq hərəkətlərinə yol verib. Əldə edilən sübutlar əsasında cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılaraq, həmin hərbi qulluqçu həbs edilib.

Xatırladaq ki, daha əvvəl yayılan rəsmi məlumata əsasən ölən erməni əsgəri Vanik Qevorkyanın intihar etdiyi bildirilirdi. Hərbi qulluqçunun meyiti sentyabrın 2-də saat 20:55 radələrində "N" nömrəli hərbi hissənin 2-ci artilleriya divizionunun köhnə kazarmasının istismar olunmayan binasında kəndirlə asılmış vəziyyətdə aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İntihar   Qarabağ  


Bizi "telegram"da izləyin