Erməni əsgərin ölümü ilə əlaqədar cinayət işi açılıb

2018/09/35001-1538045932.jpg
Oxunub: 2922     14:22     27 Sentyabr 2018    
Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsində erməni əsgərin ölümü ilə əlaqədar cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan istintaq komitəsinin informasiya və ictimaiyyətlə əlaqəlar şöbəsindən yayıblar.

İstintaq komitəsinin yaydığı məlumata əsasən, sentyabrın 26-da saat 20:10 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində, erməni hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, kiçik çavuş Ağasi Derenikoviç Mkrtçyan odlu silah yarası alıb və təxliyyə edildiyi hospitalda saat 21:20 radələrində ölüb.

Cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb, araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin