Elmar Məmmədyarov bu gün erməni həmkarı ilə görüşəcək

2018/09/15984-1537942748.jpg
Oxunub: 4474     10:13     26 Sentyabr 2018    
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş baş tutacaq.

Ordu.az xəbər verir ki, görüş bu gün Birləşmiş Ştatların Nyu-York şəhərində baş tutacaq.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə keçiriləcək və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Dağlıq-Qarabağ  


Bizi "telegram"da izləyin