Daha öncə xəbər veridiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan futbol üzrə dünya birinciliyinin açılış mərasimində iştirak etmək üçün Moskvaya gedəcək.
Görüşün baş tutacağı barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib: "Bəli, onu futbol oyunlarının açılış mərasimində gözləyirik".
Daha öncə, Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeğoyan da Paşinyanın gələn həftə Moskvaya gedəcəyi barədə məlumat yayıb.
Səfər zamanı, arxa planda Qarabağ münaqişəsi üzrə danışıqların müzakirə ediləcəyi də istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az