Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün, saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Vahaqn Conik Eloyan məhv edilib.
Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az